


Ailə milli mənəvi dəyərlərin qarantıdır.
Ulu Öndər Heydər Əliyev




Məqsədimiz
Ailə cəmiyyətin özəyidir. Onu qorumaq hər birimizin borcudur.
Ailə milli mənəvi dəyərləri qoruyan və gələcək nəsillərə ötürən bir sistemdir.
Ailə sadəcə nənədən, babadan, atadan, anadan (qadından və kişidən), oğuldan, qızdan ibarət deyil.
Ailə duyğularımızı paylaşdığımız, bir-birimizə yaxşı gündə, pis gündə dəstək verdiyimiz, bir- birimizi qarşılıqlı anladığımız bir mühitdir. İnsanların vəhdət şəklində yaşamasıdır.
Vəhdət şəklində Yəni ailə ortaq duyğular, ortaq məsuliyyət ortaq yaşam, birgə yaşayış qaydalarına riayət etməkdən və.s- dən ibarətdir.
Son illər ailə dəyərləri azalmaqdadır. Bunu deməyə əsas verən boşanmaların sayıdır. Statiktik göstəricilərə baxanda dəhşətə gəlməmək mümkün deyil.
Məqsədimiz ailə qurmaq istəyən gənclərə psixoloji baxımdan sağlam ailə və ideal ailə qurmağın sirlərini öyrətməkdən ibarətdir.
Bir ömür boyu seçdiyin insan üçün yaşamaq, nəfəs almaq, mübarizə aparmaq, hər bir hissi, duyğunu birgə paylaşmaq, problemlərin həllində birgə addımlamaq, hər iki tərəfin bir istiqamətə baxmasıdır ailə. Arzu edərdik ki, bütün ailələr sağlam təməl üzərində qurulsun.



Ailə psixologiyası
Evim
Ailə məcəlləsi
Din və ailə
