


Ailə milli mənəvi dəyərlərin qarantıdır.
Ulu Öndər Heydər Əliyev
Sosiologiya
Sosiologiya (lat. socius- cəmiyyət, yun. λόγος [lóɡos]-elm) — cəmiyyəti mikro və makro səviyyədə öyrənən elmdir. O, cəmiyyəti, onun təşkil edən sistemlərin strukturu, funksiyaları və inkişafını, sosial institutları, münasibətləri və icmaları tədqiq edir.
Sosiologiyanın funksiyaları və rolu[redaktə | əsas redaktə]
Baxmayaraq ki, qədim zamanlardan insanların sosial rifahını yaxşılaşdırmaq üçün müxtəlif filosoflar (İbn Xəldun, Platon və s.) fərqli ideyalar irəli sürüblər, qanunlar qəbul və icra olunub, sosiologiya bir elm kimi yalnız və yalnız XVIII əsrdən etibarən yaranmağa və inkişaf etməyə başlayıb. Sosiologiyanın banisi kimi fransız filosofu Ogüst Kont götürülür. Lakin, ondan çox digər 3 şəxs (Karl Marks, Maks Veber və Emil Durkhaym) sosiologiyanın inkişafına töhfə veriblər və elə buna görə də məhz bu 3 şəxs sosiologiyanın "ataları" kimi də tanınır.
Sosiologiya elminə töhfə vermiş və hal-hazırda da bu sahədə çalışan şəxslər 2 kateqoriyaya bölünürlər: klassik sosioloji və müasir sosioloji nəzəriyyəçilər.
Klassik nəzəriyyəçilər sosiologiya elminin yarandığı ildən 20-ci əsrin əvvəllərinədək işləyən şəxsləri əhatə edir. Bu qrupa sosiologiyanın ataları - Georq Zimmel, Ogüst Kont, Herbert Spenser və Vilfredo Pareto kimi şəxslər daxildir. Onların ideyaları hələ də yaşayır və müasir dövrdəki sosial məsələləri anlamaq üçün alimlər onların nəzəriyyələrindən də olduqca çox istifadə edirlər.
Müasir qrupa isə İkinci dünya müharibəsinin başlandığı illərdən indiki dövrə kimi olan şəxslər nəzərdə tutulur və onların da ideyaları olduqca aktual və maraqlıdır. Bu qrupa Talkot Parsons, Entoni Giddens, Yurgen Habermas, Stenli Koen, Yudit Batler və Silviya Uolbi kimi şəxslər daxildir.
İctimai biliyin dərinləşməsi, digər elmlərin yüksək differensiasiyası, həmçinin cəmiyyətin tədqiqində empirik tədqiqat metodlarının labüdlüyü sosiologiyanın ayrıca elm kimi formalaşmasına şərait yaratdı. Sosiologiya elmi digər elmlərlə birgə işləyir və buna görə də multidisiplinar elm kimi də tanınır. Misal üçün, Maks Veberin din və iqtisadiyyat barədə olan işlərinə nəzər yetirsək, görə bilərik ki, Veber iqtisadiyyat, din və siyasət elmlərindən də istifadə edərək dinin cəmiyyətdəki rolunu araşdırmışdır. Sosiologiya elmi hər bir cəmiyyətdə mövcud olan və onun formalaşmasında vacib rol oynayan (din, ailə, dövlət) və cəmiyyətin nümayəndələrinin əmələ gətirdiyi (cinayət, anormallıq, musiqi, incəsənət, media) faktorları dərindən tədqiq edir, Buna görə də sosiologiya elminin əhatəsi olduqca genişdir və cəmiyyətin nəyə görə və hansı səbəblə müəyyən formada hərəkət etməsini, nəyə görə bu formada olduğunu və s. bu cür suallara cavab tapmaq istəyən fərd üçün bu elm olduqca vacib və maraqlıdır.
Sosiologiyanın yalnız nəzəri biliklərdən ibarət olmaması sahəsində Sen-Simonun xidmətləri böyükdür. Məhz o, sosiologiyanı "müşahidəyə əsaslanan elmlər pilləsinə" qaldırmışdır.
Sosiologiya elminin müxtəlif funksiyaları var, ancaq ən əsas funksiyaları insanların normal qəbul etdikləri (adət-ənənə, miflər, dini idealar) ideaları empirik şəkildə araşdırıb nə dərəcədə düzgün olub-olmadığını və nəyə görə o ideaların formalaşdığını, sosial problemlər ortaya çıxdığı zaman onun səbəbini tapıb müvafiq həll yolları təklif etmək və insanlara şəxsi iş və yaxud problem kimi görsənən məsələləri gündəmə gətirib onları tədqiq edib həll yolu göstərməkdir. Adı çəkilən funksiyalardan birincisinə nümunə olaraq qadın-kişi münasibətlərinə, daha doğrusu, bərabərliyinə dair olan ictimai fikirlərin sosioloqlar tərəfindən necə təsirlənərək dəyişdiyini nümunə göstərmək olar. 17-18-ci əsrlərə kimi dünyanın əksər yerlərində qadının bioloji olaraq kişidən əqli və fiziki cəhətdən "zəif" olduğu və buna görə də kişiyə tabe olub onun əmrlərini yerinə yetirməli olduğu hər kəs tərəfindən qəbul edilirdi. Bu ideaların formalaşmasında dinin də rolu olduqca güclü olub çünki Bibliyada və Tövratda müxtəlif formalarda kişinin qadına sahib çıxması, qadının ona itaət etməsi kimi ayələr var. Lakin, sosiologiya elmi, xüsusən də feminism cərəyanı ortaya çıxdıqdan sonra yavaş-yavas insanlar bu bərabərsizliyin təbii yox, cəmiyyət, əsasən də kişilərdən tərəfindən yaradıldığını düşünməyə və hətta çoxları qəbul etməyə başladılar. Judith Butler, Simone De Beauvoir, Sylvia Walby və Margaret Mead kimi görkəmli feministlərin araşdırmaları inqilabi ideaların ortaya çıxmasına gətirib çıxardı. Onlar tapdıqları sübutlara istinadən iddia etdilər ki baxmayaraq ki dünya yaranan ilkin zamanlarda qadınlar kişilərdən üstün sosial mövqedə olublar, xış əkinçiliyinin və digər aqrar və texniki inkişaflar nəticəsində matriarxat patriarxat sistemi ilə əvəzlənib. Öz üstünlüklərini bərpa etmək üçün kişilər dini ayələrdən də istifadə ediblər. Nəticədə kişilər dominant, qadlnlar isə aşağı statusa yiyələniblər. Sosioloqlar tarix boyu ciddi dəyişikliklərin baş verməsinə də səbəb olmuşlar.
Sosiologiyanın digər funksiyası olan (sosial məsələlərin tədqiqi və həlli) isə sosiologiya yaranandan bügün ki günümuzə kimi aktual olub və həmişə də olacaq. Sosioloqlar əsasən problemlərin media, ekspert və dövlət nümayəndələri tərəfindən göstərilən səbəbləri ilə tam razı olmayaraq problemlərin görünməyən tərəflərini və səbəblərini araşdırırlar, və elə buna görə də bir çoxları (media, kapitalist, dövlət) tərəfindən tənqidə məruz qalırlar. Nümunə olaraq dahi Karl Marksı göstərmək olar. Onun idealarının sayəsində bizlər artıq kapitalizmin nə dərəcədə ədalətsiz sistem olduğunu anlaya bilirik. İşsizlik, böhran və siyasl oyunların arxasında iqtisadi maraqların və faktorların durduğunu görə bilirik. Əgər Marks olmasa idi, çox güman ki bizlər adı sadalanan problemlərin və hadisələrin təbii olduğunu zənn edərdik. Baxmayaraq ki Marksın ideaları kapitalist dünyasında media və dövlət nümayəndələri tərəfindən (öz mövqelərini sarsıtmamaq üçün) tez-tez işıqlandırılmır, onun ideaları sosial, siyasi və iqtisadi problemlərin anlaşılmasında daim istifadə olunub və olunacaqdır.
Sosial araşdırmalar sahəsi
Özəyində cəmiyyəti tədqiq etmək kimi bir vəzifə olan sosiologiya elminin nümayəndələri daim müxtəlif araşdırmalar apararaq cəmiyyətin vəziyyətini öyrənir və problemlər olduqda onlara həlli yolu təklif etmişlər və edirlər. Sosial araşdırmalar sahəsi olduqca genişdir, çünki bütün sosioloqlar bu məsələyə vahid prizmadan baxmır. Məhz buna görə də bu sahədə iki ontoloji cərəyan var ; obyektivism və konstruktionism. Ontologiyanın mənası isə dünyanı və mövcud olan varlıqlara baxış prizması deməkdir. Obyektivizm ontologiyasına görə, sosial dünyanı öyrənmək üçün dəqiq elmlərdə istifadə olunan üsullardan istifadə edilməlidir. Bu üsullara laboratoriya və eksperiment üsulları və sırf kəmiyyətə söykənən məlumat mənbələri (statistik göstəricilər) aiddir. Onlar iddia edirlər ki, sosial dünya faktlarla doludur və yeni bir kəşf etməyə gərək yoxdur. Sosioloqların işi bu faktları öyrənmək və üzə çıxarmaqdır. Sosial dünya stabildir və onu təbiət qanunlarına istinad edərək öyrənmək olar. Bu cərəyanın nümayəndələrinin qəbul etdikləri epistemologiya (məlumatın tərkibi, dəyəri, necəliyi və məqbulluğu) isə positivizmdir.
İstiqamətləri
Sosiologiya özü bir sıra cərəyanlara bölünmüşdür:
-
İrqi-antropoloji məktəb – J.Qobino, X.Çemberlen, O.Ammon, J.Lapuj.
-
Bioloji məktəb – P.Liliyenfell, A.Şeffle, R.Vorms, A.Fulye.
XX-əsrin əvvəllərində Qərb Sosiologiyasında idealist sosial-cərəyanlar meydana gəldi:
Psixoloji məktəbin daxilində:
Sosiologiyanın ümumi cəmiyyətlə yanaşı muxtar tədqiqat sahələridə mövcuddur:
-
Sənayenin hər hansısa sahəsində işləyən işçi qruplarının Sosiologiyası.
Görkəmli nümayəndələri


