top of page

Məqsədimiz.

Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.

Hər bir ailə kiçik dövlətdir. Bu dövlət ailə üzvlərindən ibarətdir. Bu insanlar hər gün eyni mənzilə gəlir, bir qapıdan içəri girir, birlikdə yaşayır, sevinc və kədərlərini bir-birləri ilə bölüşürlər. Onlar bir yerdə yeyir, şirin söhbət edir, əylənirlər. Kimdir onlar? Əlbəttə, baba, nənə, ata, ana və uşaqlar. Ailədə hər kəsin öz yeri, öz hüququ var. Valideynlər uşaqlara qayğı göstərir, onları tərbiyəli, sağlam, vətənə layiqli övlad kimi böyüdürlər. Uşaqları boya-başa çatdırmaq üçün ata və ana çox zəhmət çəkirlər. Uşaqlar həmişə valideynlərinin zəhmətini qiymətləndirməli, onların nəsihətlərinə qulaq asmalı, ailənin qayda və qanunlarına əməl etməlidirlər.

Ailə cəmiyyətin özəyidir. Biz müəllim olaraq gənclərə ailə dəyərlərini aşılamağı özümüzə borc bildik. Məqsədlərimiz:

1.Gənc nəslə ailə dəyərlərini aşılamaq

2.Cəmiyyətdə sağlam ailələrin çoxalmasına xidmət edə biləcək addım atmaq

3.Gəncləri hüquqi və psixoloji baxımdan maarifləndirmək 

4.Ailə dəyərlərini qorumağın vacıb və zəruriliyini gənclərə çatdırmaq

5.Ailə və milli mənəvi dəyərlər mövzusunda seminarlar təşkil etmək

bottom of page