top of page

        E v i m

Nəzəri baxımdan, dizaynerin seçiminə Siz mənzilinizin

hazırlığının istənilənmərhələsində başlaya bilərsiniz. Fərq

dizayn-layihənin hazırlanma sürətindən ibarətdir. Sizin

üçün və dizayner üçün ən yaxşısı  “tələsmədən” variantıdır,

çünki bəzən materialların seçimi bir neçə həftə çəkə bilər.

Üstəlik bəzi materialların çatdırılması kimi bir spesifik

amil də mövcuddur. Bəzən İtaliyadan kafel plitəsi Sizin

obyektinizə üç aya gəlib çata bilər, lakin əgər sizə bir həftə

sonra lazımdırsa, o zaman layihə üzrə uyğun olan  və “indi”

mövcud olan plitəni axtarmaq məcburiyyətində qalacaqsınız,

bu isə seçimi əhəmiyyətli dərəcədə azaldacaqdır.

Prinsip etibarilə, tapşırığı “cəld” qoymaqla, mağazalara

hər gün getmək, mövcud olan materialları almaq da mümkündür,

lakin bu heç də hər zaman Sizə və dizaynerə rahat deyildir.

Həm də bu vəziyyətdə təcili dizayn-layihənin hazırlanmasının

dəyəri adətən daha yüksək olur. Buna görə də, dizayner seçiminə əvvəlcədən yanaşmaq mümkündür və lazımdır! Hər bir işi “tələsmədən” yerinə yetirmək üçün nə qədər erkən olsa bir o qədər yaxşıdır.

Dizaynerin əvvəlcədən seçimində sizin üçün daha bir mühüm müsbət cəhət vardır

Adətən dizayn – layihənin yaradılmasının ödənişi bir neçə mərhələdə həyata keçirilir: işə başlamazdan əvvəl avans (30-50%), daha sonra ikinci mərhələ təhvil verildikdən sonra – ikinci hissə (30%-ə yaxın) və final mərhələ təhvil verildikdən sonra - qalan hissə. Layihə zaman üzrə daha uzun müddətə paylaşdırılırsa, onun ödənişi də uzanır, bu da sizin üçün rahat ola bilər.

Beləliklə, siz əl altında olan vasitələrdən istifadə edilməklə tez-tələsik hazırlanmış deyil, sizə lazım olan şəkildə yerinə yetiriləcək, keyfiyyətlə işlənmiş və xırdalıqlarına qədər düşünülmüş bir layihə əldə edirsiniz

Bir məsələni də yadda saxlamaq və anlamaq lazımdır! Layihə təhvil verildikdən sonra sizin əlinizdə kifayət qədər güclü həcmə malik informasiya olacaqdır ki, onun köməyi ilə inşaat işçiləri sizin dizaynerlə birlikdə düşündüklərinizi icra edəcəklər. Lakin bəzən, layihənin icrasının gedişi boyu, layihənin hazırlanması zamanı nəzərə alınmaları mümkün olmayan hər-hansı amillər  aşkara çıxır – məsələn, suyun isidilməsi üçün boylerin bir yerdə quraşdırılması nəzərdə tutulurdu, divarların yerlərinin dəyişdirilməsi prosesində otağın texniki imkanları üzrə boylerin yeri dəyişir, bu da daha bir neçə dəyişikliyə gətirib çıxarır.

Obyektdə bizim bacarıqlı həmyerlilərimizin işləməsi yaxşıdır – bəzən onlar layihə çərçivələrindən kənara çıxmadan nəyin və necə edilməli olduğunu məsləhət görə bilərlər (əlbəttə ki, həmişə yox). Həmçinin, əgər Sizin, obyektdə icra edilən işlərə nəzarət etməyə imkanınız və vaxtınız vardırsa, bu da yaxşıdır – bu da məsələləri operativ şəkildə həll etməyə yardım edəcəkdir.

Lakin əgər inşaatçılar məsləhət vermirsə və sizin obyektə tez-tez baş çəkməyə vaxtınız yoxdursa, Siz tamamilə xoşunuza gəlməyən bir layihə əldə edə bilərsiniz. Bundan əlavə həftədə ən azı iki dəfə, bəzən isə hər gün (bəzi mərhələlərdə belə də olur) tikintiyə getməli olacaqsınız.

Bəzən də elə olur ki, inşaatçılar çertyojlardan baş aça bilmirlər – o zaman hər şeyi divarlarda çəkmək və “barmaqlarda” izah etmək lazım gəlir – bunları layihəyə müvafiq olaraq etməyiniz çox vacibdir, belə ki, layihənin hətta bir-iki tərkib hissəsinin pozulması onu tamamilə korlaya bilər.

Daha bir mühüm məqam – materialların alınmasıdır.

Materialların obyektə tədarük edilməsinin ardıcıllığını unutmamaq lazımdır. Elə etmək lazımdır ki, lazımi materiallar obyektə vaxtında çatdırılsın, lazım olmayanlar isə orada sadəcə yığılıb qalmasın, çünki korlana bilərlər və ya inşaatçılar onları zədələyə bilərlər.,

1

Mənzilə olan ehtiyacın səbəbi, onun əsasları və mühüm cəhətləri

1 / 1

Please reload

п

п

л

л

vila-jelena

vila-jelena

о

о

к

к

к

к

ruyada-pembe-ev-gormek

ruyada-pembe-ev-gormek

vila-channa-hotel

vila-channa-hotel

apartmani-vila-more-grebastica-635962332509416568-2_550_413

apartmani-vila-more-grebastica-635962332509416568-2_550_413

2

2

Горное озеро

Горное озеро

Опишите фото...

Домики на пляже

Домики на пляже

Опишите фото...

Колесо обозрения

Колесо обозрения

Опишите фото...

Bir çox hallarda interier dizaynerlər rənglər barədə geniş məlumata malik olur, rənglərin hansı kategoriyaya aid olduğunu, hansı rənglərin uyğunlaşdıqlarını və ən əsası insanlar üzərində olan psixoloji təsirlərini, hansı nəticəni əldə etmək üçün hansı rənglərdən istifadə etməli olduqlarını bilirlər.

İlkin olaraq rənglər dünyasında 3 əsas rəng vardır – sarı, qırmızı və göy. Bu, əsas rəngləri qarışdırdığımızda ikinci dərəcəli rəngləri (sarı və göy yaşıldır, sarı və qırmızı narıncıdır) əldə edirik. Əsas rənglərlə ikinci dərəcəli rəngləri qarışdırdıqda isə üçüncü dərəcəli rəngləri əldə edirik.

Rənglər insana müxtəlif şəkildə təsir edir. Bu, rəng psixologiyası adlanır. Bəzi rənglər bizi həyəcanlandırır, bəziləri sakitləşdirir, təhlükəsiz hiss elətdirir, bəzi rənglər insanı depressif duyğulara yönləndirir, yorur və bir müddət sonra qıcıqlayıcı bir hal almağa başlayır. Evimiz üçün rəng seçən zaman biz bunları nəzərə alaraq, diqqətli bir şəkildə davranmalıyıq.

 Evinizə rəng seçmənizə yardım edə biləcək 3 məsləhətimiz :

 

  1. Hər otağı ayrıca dəyərləndirin. Rəng seçimini otaqda nə qədər zaman keçirəcəyinizi, günün hansı saatlarında burada olacağınızı, neyləyəcəyinizi və otağın sizə verməsini istədiyiniz abu-havanı düşünərək edin.

  2. Otağın yerləşməsinə əsasən, günəşin otağa düşmə zamanlarını nəzərə alaraq seçin.

  3. Otağın sahəsini nəzərə alın. Buna əsasən, açıq və ya tünd rənglər arasında seçiminizi edin. Açıq rənglər otağınızı olduğundan daha iri, tünd rənglər isə daha kiçik göstərər.

 

 

 

RƏNGLƏRİN  TƏSİRLƏRİ

 

İnsanlar rənglərə fərqli yanaşırlar və rənglərin effekti hamıda eyni olmur. Lakin, çox görülmüş və ümumi şəkildə dəyərləndirilmiş təsirləri sizinlə paylaşaq.

 

GÖY RƏNG

Göy rənglə siz aydın və sakin bir görüntü yarada bilərsiniz. İnterier dizaynda, göy rəng adətən iş və meditasıya atmosferası yaratmaq üçün işlədilmişdir. Göy rəngin ürək döyüntülərini yavaşlatdığı və insanı sakinləşdirdiyi tibbi olaraq sübut olunmuşdur. Əgər eviniz çox günəşlidirsə, onu sakinləşdirmək üçün açıq tonlarda göy rəngdən istifadə edə bilərsiniz. Əgər mətbəxdə işlədilərsə, iştahı azaldaraq, arıqlamağa yardım etdiyi deyilir.

YAŞIL RƏNG

Yaşıl rəng də, həmçinin sakinləşdirici bir effektə malikdir. Düzgün seçilmiş yaşıl rəng gözlərinizi dincəldə və otağınıza təbii bir görüntü verərək, daha sakin bir abu-hava yaradar. Yaşıl rəng həm də, təbiətin ana rənglərindən biri olduğu üçün, otağınıza daha aydın bir abu-hava verə bilər.

QƏHVƏRƏNGİ 

Qəhvərəngi ilə siz otağınıza təbiilik və komfort hissi verə bilərsiniz. Qəhvərəngi adətən bu rənglərlə birlikdə işlədilir – qara, sarı, boz, yaşıl, qırmızı, narıncı və bənövşəyi (tonlar düzgün seçildiyi halda). Qəhvərəngi bir çox insana təbiəti xatırlatdığı üçün bir çox insanın bilinçaltında rahatlıq və təhlükəsizlik hissi yaradır. Neytral rənglərə (pastel rənglər) kiçik miqdarda qəhvərəngi əlavə edərək, həm dizaynınıza hərəkət qata, həm də daha isti bir görüntü yarada bilərsiniz.

AĞ RƏNG

Ağ rəngin psixoloji effektləri təmiz və rahatlatıcı bir görüntü yaratmasıdır. Ağ rəng havalı, sakin və saf bir abu-hava yaradır. Divarlarınızda, mebellərinizdə işlədəcəyiniz ağ rəng, otağınızın geniş və daha aydın görüntüyə sahib olmasına yardım edəcək. Ağ rəngin psixoloji təsirlərindən istifadə etmək üçün, onu çox dərəcədə işlətməyin.

BOZ RƏNG

Boz interier eleqantlığa müəyyən ciddilik qazandıran bir rəngdir.Boz rəngin effekti seçəcəyiniz tondan asıldıır. Məsələn, bozu sarımtıl bir alt tonla divarlarınızda işlətsəniz, və bununla birgə otaqda qəhvəyi mebellər işlədəcəyiniz halda sizə depressif bir abu-hava verə bilər. Lakin, bozun doğru seçilmiş tonları, parlaq olmayan ağ rəng ilə birlikdə işlədilərsə, təmiz və rahatlatıcı bir görüntü verə bilər. Lakin, bozu çox geniş şəkildə istifadə etsəniz, otağınız darıxıdırıcı görünə bilər.

QARA RƏNG

Qaranın psixoloji effektlərini evinizə eleqant və cəsarətli bir görüntü vermək üçün istifadə edin. Əgər otağınız işıqlı və neytral rənglərə sahibdirsə, qara rəngdə olan hər şey daha çox gözə çarparacaq. Ona görə də, qara rəng müəyyən şeyləri daha gözəçarpan etmək üçün ideal bir seçimdir. Otağınızda qara rəng işlətmək sizə ciddi və formal bir görüntü verəcək. Nəticə olaraq, qara rəngi çox işlətməyin, şəkil çərçivəsi və ya kiçik jurnal stolu kimi şeyləri önə çıxarmaq üçün işlədin.

SARI RƏNG

Sarı rəngi evinizə açıq və optimist bir görüntü vermək üçün istifadə edə bilərsiniz. Sarının effektləri yenə də, tonlarından asılıdır. Divarlarınızda solğun bir sarı evinizə bir az günəş ışığı effekti veridyi halda, daha parlaq bir sarı boğunuq bir effekt verə bilər.

QIRMIZI RƏNG

Qırmızı rəngi otağınızın enerji səviyyəsini yüksəltmək üçün istifadə edə bilərsiniz. Qırmızı rəngin ürək döyüntüsünü və qan dolanımını tezləşdirdiyi tibbi olaraq da subut olunmuşdur. Narıncı rəng kimi, qırmızı rəng də iştahı artırır, buna görə də mətbəxlərdə olduqca geniş işlədilir. Bundan başqa, doğru tonda seçilmiş bir qırmızı yataq otağınızda da eleqant bir görüntü yarada bilər.

BƏNÖVŞƏYİ RƏNG

Bənövşəyi rəng keçmişdən bəri saray rəngi, gücü bildirən rəng olaraq dəyərləndirilib. Bənövşəyi rəngin psixoloji effektini siz evinizə bahalı və luks bir görüntü vermək üçün istifadə edə bilərsiniz. Qırmızıya çalan bənövşəyi rəng diqqəti daha çox çəkərək, otağın əsas rənginə çevrilir.

bottom of page